Əlizaman balamızın Türkiyənin “LİV” xəstəxanasında Prof. Dr. İlhan Elmacı tərəfindən indirekt revaskülarizasyon əməliyyatının uğurlu keçdiyi məlumatını sizinlə bölüşmək istəyirik. Əlizamanın anası Arzu xanımın əməliyyatın baş tutmasında, məbləğin toplanmasında əməyi olan və konfransda iştirak edən hər kəsə təşəkkürü var.
Artıq Əlizaman Azərbaycana-evinə geri dönmüşdür. Səhhətində ümumilikdə hər şey qaydasındadır və ailəsi ilə birlikdədir.
Vəd verdiyimiz kimi “I Stomatoloji Xeyriyyə konfransı”-dan toplanan gəlirin ehtiyaclı ailələrin övladlarının sağlamlıqlarına qovuşması istiqamətində həyata keçirdiyimiz 1 layihənin başa çatdığını sevinc və Uca Allaha minnətdarlıq hissi ilə elan edirik.
Qeyd edək ki, Əlizamanın moyamoya xəstəliyindən qurtulmağı üçün indirekt revaskülarizasyon əməliyyatının keçirilməsini əhatə edən layihəmiz başladıqdan bitdiyi tarixə qədər xərcləri:
Bu vəsaitin 4436 AZN-i Əlizamanın sağalmağı üçün öncədən paylaşdığımız çağırış postlarımız zamanı toplanmışdır.
Daha sonra əməliyyat sonrası dövr üçün əlil arabasının alınması məqsədilə 450 AZN və fizioterapiya üçün 120 AZN dəyərində məbləğ ayrılmışdır.
Beləliklə, azyaşlı dostumuz Əlizamanın müalicəsi məqsədilə konfrans büdcəsindən 32 271.55 AZN xərclənmişdir.
Əlizaman balamızın əməliyyat və xəstəxana xərcləri ilə bağlı ətraflı məlumat almaq üçün aşağıdakı qəbz və sənədlərlə tanış ola bilərsiniz.
Şərh yaz