Screenshot 1
Uşaqlıqda həvəslə gözlədiyiniz hədiyyə nə idi?❤️
Onlar üçün isə ən gözəl hədiyyə bu soyuq havalarda isti geyim və ayaqqabıdır.🙏🏻
Ehtiyaclı ailələrin övladlarının doğum gününü dekabr ayında da birlikdə keçirdik.😊
Həm zəruri ehtiyaclarını qarşılamaq, həm onları sevindirmək, həm də onlar üçün faydalı ola biləcək gün keçirmək üçün əlimizdən gələni edirik.🥰
Kiçik dostlarımızı təbrik edir, onlara sağlam və uğurlarla dolu həyat arzulayırıq.🥳
“Ad Günü” layihəmizə daim dəstək olan “Sufle” konditer evinə və bizimlə birlikdə olan ianəçilərimizə dərin təşəkkürümüzü bildiririk.🎂
Bu gülüşlərdə sizin də payınız var!❤️