1 14 scaled
Dayaq” və Ümidin hekayəsi illər əvvəl başladı.
Ümid balamızın ailəsi bizə müraciət edəndə Ümid anadangəlmə çənə qusuru ilə bağlı nəfəs almaqda çətinlik çəkir və gecə boğulmaları olurdu.
Bizi uzun və çətin yol gözləyirdi. Allahın izni ilə qısa müddətdə lazım olan məbləğ toplandı və əməliyyat üçün lazım olan aparat Almaniyadan sifariş verildi.
Ümidin hər iki əməliyyatını Türkiyənin məhşur cərrahı Dr.Mustafa Sancar Ataç öz öhdəsinə götürüb Bakıya gəldi. Əvəzsiz xidmətlərinə və böyük ürəyinə görə Dr. Mustafa Sancara dərin təşəkkürümüzü bildiririk. Müsahibəsində də dediyi kimi, Mustafa bəy üçün ən böyük sevinc kiçik dostunun xoşbəxtliyi idi, ona görə də əməliyyatı tam təmannasız həyata keçirmişdir.
Bakıda baş tutan hər iki əməliyyatın bütün texniki təşkilatçılığını həyata keçirməklə əməliyyatlarda birbaşa iştirak edən, bu uzun prosesdə başdan sona dəstəyini əsirgəməyən PhD.Dr.Vugar Qurbanov fədakarlığına və təmənnasız əməyinə görə təşəkkür edirik.
Bu uzun prosesdə yaxından iştirak edən Mustafa və Vüqar həkimin təəsüratlarını fəxr və qürur hissi ilə sizinlə bölüşürük.
Biz də Ümid və ailəsinin qonağı olduq. Zülfiyyə xanım oğlu Ümidin sağlamlığına qovuşduğuna görə sevincini bizlərlə bölüşdü, Ümidin səhhətindəki irəliləyişlər haqqında danışdı və bir ana kimi dualarını əsirgəməyən, dəstək olan hər kəsə hər kəsə təşəkkür etdi.
Yaxın günlərdə ailənin sevic dolu dualarını və hesabatı sizə təqdim edəcəyik