DAYAQ 242 scaled

Warning: printf(): Too few arguments in /home6/dayaqweiunbf/public_html/wp-content/themes/loveicon/inc/template-tags.php on line 50

Azərbaycanda ilk dəfə xeyriyyə məqsədli stomatoloji konfrans keçirildi.

12 iyun “Badamdar” oteldə baş tutmuş “Funksional Estetika” adlı konfrans ortopedik stomatologiyanı əhatə edən mövzularla əhatə olunmuşdu.

Belə ki, öz sahələrində böyük uğurlara imza atmış həkim və diş texnikləri Dr.Rəsul Nəsrəddinov – “Funksional okklüziyanın əsasları; çeynəmə əzələlərinin diskoordinasiyasının səbəbləri”, PhD.Dr.Elçin Abbasov – “İmplant ortopediyası; doğrular, yalnışlar, çözümlər”, Dt.Əli Əsədov – “Rəqəmsal yanaşma: Panaseya yoxsa Plasebo”, PhD.Dr.Orxan Əliyev – “Adgeziv stomatologiyanın ortopedik aspektləri”, Dr.Anar Kərim – “Okklüzial vertikal hündürlük; nəticənin planlanması, Kois konsepsiyası.”, Dt.Rafael Paşayev – “Laboratoriyada gündəlik iş-informasiya mübadiləsi, analiz, planlaşdırma, icra” mövzularında təqdimatları ilə iştirakçıların qarşısında çıxış ediblər.

Moderatorları Mahir Səfərov, Emil İmanov, Asif Arxməmmədov, Xəqani Hüseynov, Ramiz Cəlilov, Vüsal Tahirov, Səid Əhmədov, Teymur Məmmədov kimi Azərbaycan Tibb Universitetinin professor müəllim heyəti və ölkə miqyasında tanınmış stomatoloqlar olan tədbirdə stomatoloji camiədə tanınan şirkətlər və onların nümayəndələri, ekspert həkim və diş texnikləri, pedaqoqlar və digər tibb işçiləri iştirak ediblər.

Azərbaycan İmplantoloqlar İctimai Birliyinin sədri Dr.Cabbar Həsənov konfransda çıxış edərək bu kimi tədbirlərin stomatoloji camiədə fəaliyyət göstərən insanlar arasında sinerji yaratmağına xidmət etdiyini, bilik, bacarıq və təcrübələrin paylaşılmağının stomatoloq və diş texnikləri arasındakı peşəkar münasibətlərdə də öz töhfəsini verdiyini qeyd etdi. Konfransın xeyriyyə məqsədinin peşəkar korporativ mühitdə mühim sosial təşəbbüs olmağının əhəmiyyəti xüsusilə vurğulandı və Uca Allahın buyurduğu xeyir əməllərdən olmaqla bu səpkidə daha çox tədbirlərin həyata keçirilməyi üçün ilkin inisiativ olduğu xüsusi qeyd edildi.

12 Stomatoloji firmanın və 350-dən çox iştirakçının qeydiyyatdan keçdiyi tədbir interaktiv formatda keçirilməklə böyük marağa səbəb oldu. 18:00-da bitməyi planlaşdırılan tədbirin 19:30-a qədər davam etməyi onun elmi-texniki qayəsinə tam xidmət etdiyinin, yüksək marağa səbəb olmağının və faydalı olmağının göstəricisidir.

 

“Dayaq Xeyriyyə” tərəfindən həyata keçirilən “I Stomatoloji Xeyriyyə Konfransı”-dan əldə edilən vəsait ehtiyaclı insanların övladlarının sağlamlıqlarının yaxşılaşdırılmağı üçün yönləndiriləcəkdir.