istockphoto 493653152 612x612 1

Əziz dostlar,

Himayəmizdə olan ailələrə ehtiyac istiqamətini nəzərə alaraq ərzaq, təhsil, tibbi, kommunal, məişət əşyası və s. kimi mütəmadi yardımlar edirik.

Yanvar ayında da ehtiyaclı ailələrin övladlarına və valideyn himayəsindən məhrum uşaqların təhsilinə, geyiminə, yaşlı və sağlamlıq imkanları məhdud insanların tibbi xərclərinə, eləcə də ümumilikdə, aztəminatlı ailələrə müxtəlif istiqamətlərdə yardım etməklə onlara dəstək olmağa çalışdıq.

Layihələrimizin həyata keçirilməsində maddi dəstək olan və aktiv iştirak edən hər kəsə təşəkkürümüzü bildiririk.

Qeyd edək ki, yardımlarımız üç istiqamətdə həyata keçirilir:

İanə büdcəsindən maliyyələşən fəaliyyətlərimiz;

İanə edilən mal və əşyaların ehtiyaclılara çatdırılması;

İanəçilər tərəfindən ehtiyaclılara edilən birbaşa yardımlar.

2023-ci il Yanvar ayının ümumi hesabatını sizə təqdim edirik.