dayaq.az

Baxılıb : 1307 dəfə

Bildiyiniz kimi qurduğumuz böyük layihələrimiz içərisində " Stomatoloji Dayaq " layihə olaraq öndə gedən fəaliyyətimiz sırasındadır. Bu işdə bizlərlə birgə addımlayan həkim-stomatoloq dostlarımız ailələrimiz üzərində böyük əmək sərf etmişlər. İndiyə kimi bir çox ailələrimizin diş problemləri həkimlərimiz tərəfindən həllini tapmışdır. Şəkildən də göründüyü daha bir ailəmizin nümayəndəsinə sağlam təbəssüm bəxş edən gözəl həkimimiz Mətanət xanım Rzayevadır. Dr. Mətanət Rzayeva texniki yöndən ona köməklik görsədən dəyərli texnikimiz Fzil Abdullayev ilə birgə təmənnasız şərtlə pasiyentin diş problemini aradan qaldırdılar. Belə ki, Tamella xanımın ağız boşluğu müayinə olunub rentgen şəkilləri çəkildikdən sonra 6-diş çəkimi, 6-diş müalicəsi, 6 metal keramika, üst çənədə tam protez, alt çənədə hissəvi protez olunmaqla xanımın gülüşünü özünə qaytardılar. Biz də öz növbəmizdə Dayaq ailəsi olaraq Dr. Mətanət Rzayeva və texnik Fzil Abdullayevə dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun!