dayaq.az

Baxılıb : 1086 dəfə

" Dayaq Xeyriyə Cəmiyyəti " tərəfindən ehtiyaclı ailələrə yardımlar hər zaman qüvvədədir. Zamanından, fəslindən aslı olmayaraq könüllülərimiz ailələrə baş çəkib, onların problemləri ilə maraqlanaraq öz dəstəklərini əşirgəmirlər. Təbii ki, xeyirsevər insanların əziyyəti ödənməzdir, hansılar ki özləri iştirak edə bilməsələr də maddi vəsaitlərindən ayırıb ehtiyaclı ailələrimizə dəstək olurlar. Sizlərin və könüllülərimizin sayəsində neçə-neçə ac insanlar doyur, evsizlər evlə təmin olunur, xəstələr şəfa tapır, körpələrin üzləri gülür. Bəli bu hər birimizin uğurudur. Bu sayı çoxaltmaq üçün birləşərək ehtiyaclı insanların sıxıntılarını bir qədər də azaltmış olarıq. " Dayaq Könüllülər Klubu " adından əziyyəti keçən hər bir insana ayrı-ayrılıqda dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun!